Mingəçevirdə minik maşını yanıb, sahibi xəsarət alıb

Yazının dərc olunma Tarixi: 2/5/2021

Mingəçevirdə minik maşını yanıb, sahibi xəsarət alıb
Mingəçevirdə minik maşını yanıb sahibi də yanıq xəsarətləri alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Səməd Vurğun meydanı yaxınlığında baş verib.

Belə ki, usta öz avtomobilində təmir apararkən maşın qəfil alovlanıb. Hadisə yerinə gələn FHN-nin yanğınsöndürmə briqadası yanğını söndürüb və maşının digər hissəsini yanğından mühafizə edib. Hadisə zamanı maşının sahibi olan və şəhərdə “Usta Vəli” kimi tanınan yaşlı kişi bədənin və üzün müxtəlif nahiyələrindən xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.



Fikrini bildir