SON XƏBƏRLƏR
Masallıda mağazadan oğurluq olub

Yazının dərc olunma Tarixi: 12/5/2021

Masallıda mağazadan oğurluq olub
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı şəhər sakini E.Abdinov Rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus ərzaq mağazasından ümumilikdə dəyəri 5420 manat olan tütün məmulatlarının və həmin mağazada saxladığı qızıl zinət əşyalarının oğurlandığını bildirib.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Masallı rayon sakinləri E.Kərimov və əmisi oğlu, əvvəllər məhkum olunmuş B.Kərimov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir