Gəncədə zəncirvari qəza: xəsarət alanlar var

Yazının dərc olunma Tarixi: 21/5/2021

Gəncədə zəncirvari qəza: xəsarət alanlar varGəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107”, “KİA” və “Daewoo” markalı minik maşınları toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir