SON XƏBƏRLƏR
İçərişəhərdə soyğunçuluq edən şəxs ələ keçdi

Yazının dərc olunma Tarixi: 22/5/2021

İçərişəhərdə soyğunçuluq edən şəxs ələ keçdiSəbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Natiq İsrafilov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs İçərişəhər ərazisində yerləşən evlərdən birinin həyətinə daxil olaraq orada olan pul kisəsini götürərək hadisə yerindən yayınıb. Zərərçəkən polisə məlumat verərək pul kisəsində 1300 rus rublunun olduğunu bildirib. Polis əməkdaşları tərəfindən qısa zamanda saxlanılan Natiq İsrafilov hadisəni etiraf edib. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Səbail RPİ-nin 9-cu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.



Fikrini bildir