Ermənistanda general avtomobil qəzasına uğrayıb."Opel" markalı avtomobil "Nissan X-Trail"lə toqquşub.
"Nissan X-Trail"də olanlardan birinin hərbçi general olduğu bildirilir.
Xəstəxanaya yerləşdirilən generalın adı hələlik rəsmi orqanlar tərəfindən açıqlanmasa da, “Shamshiyan” saytı hadisənin təfərrüatlarını öyrənə bilib.
"Opel"in Ararat sakini, 26 yaşlı Hakob Ohanyan, "Nissan X-Trail"in isə 58 yaşlı Karen Barsegyan tərəfindən idarə olunduğu üzə çıxıb. Məlumata görə, qəzaya düşən Barseqyan general-mayordur. Onun vəziyyətinin ağır olduğu deyilir.