SON XƏBƏRLƏR
Ağdaşda avtomobil traktorun qoşqusuna çırpılıb

Yazının dərc olunma Tarixi: 6/6/2021

Ağdaşda avtomobil traktorun qoşqusuna çırpılıbAğdaş rayonunda ağır yol-nəqliyyat hadisəs baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Yenicə kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən, qarşısında hərəkətdə olan traktorun qoşqusuna çırpılıb.

Nəticədə “Ford”un sürücüsü ağır bədən xəsarəti alaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir