SON XƏBƏRLƏR
Şəmkirdə kargüzar işləyən xanımı döyən vəzifəli şəxs tutulub - YENİLƏNİB

Yazının dərc olunma Tarixi: 11/6/2021

Şəmkirdə kargüzar işləyən xanımı döyən vəzifəli şəxs tutulub - YENİLƏNİB
Baş Prokurluq Şəmkirdə məmurun həbsi xəbərinə aydınlıq gətirib.

Baş Prokurorluqdan bildirilib ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb: "Araşdırmalarla V.Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımoya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. V.Vəliyev şübhəli şəxs qismində tutulub".

12:55
Şəmkir rayon Kür qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb.

Məlumata görə, V.Vəliyev vəzifə səlahiyyətlərini aşmaqda, tabeçiliyində çalışan qadına qarşı fiziki təsir göstərməkdə ittiham edilir.



Fikrini bildir