SON XƏBƏRLƏR
DİN-dən iş adamının kürəkəninin törətdiyi qəza ilə bağlı daha bir açıqlama

Yazının dərc olunma Tarixi: 14/6/2021

DİN-dən iş adamının kürəkəninin törətdiyi qəza ilə bağlı daha bir açıqlama
Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayonunda baş verən ağır yol qəzası ilə bağlı daha bir açıqlama yayıb.

DİN-in Mətbuat xidmətindən daxil olan açıqlamada deyilir: "İyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi Rayon Polis İdarəsinə gətirilib.

Araşdırma aparılır.

Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.



Fikrini bildir