SON XƏBƏRLƏR
DİN Ağdamda minaya düşən şəxslə bağlı məlumat yayıb

Yazının dərc olunma Tarixi: 19/6/2021

DİN Ağdamda minaya düşən şəxslə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Ağdamda minaya düşən şəxslə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyunun 8-də Ağdam Rayon Polis Şöbəsinə rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı məlumat daxil olmuşdur. Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən birgə axtarış tədbirlərinə başlanılmışdır.

İlkin ehtimallara görə C.Hətəmxanovun mina və partlayıcı maddələrdən təmizlənməmiş ərazilərə keçdiyi müəyyən edilmişdir.

Davam etdirilən axtarış tədbirlərində müasir avadanlıqlardan istifadə olunmuş, məhz dron çəkilişləri vasitəsi ilə iyunun 16-da C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilmişdir.

Hazırda həmin şəxsin cəsədinin ərazidən götürülməsi istiqamətində Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə tədbirlər davam etdirilir.



Fikrini bildir