SON XƏBƏRLƏR
Gömrükçülər külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarladılar

Yazının dərc olunma Tarixi: 18/6/2021

Gömrükçülər külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarladılarDövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar.

DGK-dan verilən məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobili ilə külli miqdarda aksiz markasız siqaretlərin Bakı və Sumqayıt şəhərlərində realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu Bakı şəhərinin Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirləri həyata keçirib və "Mercedes Benz" markalı avtomobil saxlanılıb.

Baxış zamanı avtomobildə, ümumilikdə Azərbaycana məxsus aksiz markası ilə markalanmayan 120 000 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir