SON XƏBƏRLƏR
Qəbələdə yeniyetmə intihar etdi

Yazının dərc olunma Tarixi: 20/6/2021

Qəbələdə yeniyetmə intihar etdi
Qəbələdə intihar hadisəsi baş verib.

Məlumata görə, hadisə dünən rayonun Soltannuxa kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü Nihat Anar oğlu Seyidov yaşadığı evin həyətində özünü asıb. O, yaxınları tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, N.Seyidovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir