SON XƏBƏRLƏR
Azad olunan ərazilərə keçmək istəyən şəxslər saxlanılıb

Yazının dərc olunma Tarixi: 22/6/2021

Azad olunan ərazilərə keçmək istəyən şəxslər saxlanılıbİşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, iyunun 21-də saat 17 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində rayon sakini Elmir Orucov idarə etdiyi avtomaşınla, sərnişinləri Rəşad İmanov və Bağman Kərimov ilə birlikdə işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar. Polis şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq ediliblər.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü E.Orucov 10 gün müddətinə inzibati qaydada həbs edilib, sərnişinlərin isə hər birinə 200 manat məbləğində cərimə tətbiq olunub.



Fikrini bildir