SON XƏBƏRLƏR
İstanbulda müəmmalı cinayət: motosikletli silahlılar Azərbaycan vətəndaşını güllələdi

Yazının dərc olunma Tarixi: 23/6/2021

İstanbulda müəmmalı cinayət: motosikletli silahlılar Azərbaycan vətəndaşını güllələdiİstanbulun Küçükçekmece rayonunda ötən gecə silahlı motosikletçilər kiçik ticari avtomobilin sükanı arxasında olan Azərbaycan vətəndaşına atəş açıb. Türkiyə KİV-ləri xəbər verir ki, silahlı hücum nəticəsində həmin azərbaycanlı ağır yaralanıb, yanındakı qadın sərnişin isə xəsarət almayıb. Polis hadisə yerindən qaçan silahlıların yaxalanması üçün əməliyyat başladıb.

Hadisə yerli vaxtla saat 22.00 radələrində baş verib, motosikletin nömrəsini qeydə almaq mümkün olmayıb. Bildirilir ki, Azərbaycan vətəndaşının idarə etdiyi 34 MM 4083 nömrə nişanlı avtomobil qırmızı işıqda dayanarkən silahlılar ona atəş açıb. Silah səslərini eşidənlər polisə və təcili yardıma xəbər veriblər. Hadisə yerinə gələn polislər avtomobildə araşdırma aparıblar, şahidlər dindirilib.

Hadisənin şahidi olanlardan biri deyib: “Dostlarımızla parkda oturmuşduq. Bir neçə dəfə silah səsi eşitdik. Bağırma səsləri gələndə hadisə yerinə qaçdıq, motosikletçilərin yuxarı tərəfə qaçdıqlarını gördük. Sürücünün yanına gedəndə o, qanlar içində idi. Dərhal polisə və təcili tibbi yardıma xəbər verdik. Sürücünün huşu yerində idi, amma təcili yardım briqadası gələndə huşunu itirdi. Qadına heç nə olmamışdı, amma bərk qorxmuşdu”.

Yaralı şəxsin kimliyi haqda məlumat yoxdur, polis cinayətin motivləri barədə hər hansı açıqlama verməyib.



Fikrini bildir