SON XƏBƏRLƏR
Ağdaşda ağır yol qəzası: 2 ölü, 1 yaralı

Yazının dərc olunma Tarixi: 29/6/2021

Ağdaşda ağır yol qəzası: 2 ölü, 1 yaralı
Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası olub. Hadisə Ləki qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobili sürücü, Bakı sakini, 1959-cu il təvəllüdlü Salmanov Ramiz İbrahim oğlunun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb. Qəza nəticəsində "Mercedes"də olan 2 nəfər ölüb, daha 1 nəfər yaralanıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə təcili tibbi yardım və yol polisi cəlb edilib. Qəzada ölənlərin və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.



Fikrini bildir