SON XƏBƏRLƏR
Casusluqda ittiham olunan ermənilərin bu gün məhkəməsi başlayır

Yazının dərc olunma Tarixi: 14/7/2021

Casusluqda ittiham olunan ermənilərin bu gün məhkəməsi başlayır
Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə başlayacaq məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunurlar.



Fikrini bildir
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30