SON XƏBƏRLƏR
Bakıda mənzildə partlayış olub, xəsarət alanlar var

Yazının dərc olunma Tarixi: 2/9/2021

Bakıda mənzildə partlayış olub, xəsarət alanlar var

Bakıda partlayış hadisəsi baş verib.

"Pravdainfo"nun xəbərinə görə, hadisə Nizami rayonu E.Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərin birində qaz balonu partlayıb. Nəticədə ana və övladı xəsarət alıb. İlkin məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Prokurorluğundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Nizami rayonu ərazisində çoxmərtəbəli binada baş verən partlayış nəticəsində iki nəfər şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hazırda araşdırma aparılır.



Fikrini bildir