SON XƏBƏRLƏR
Jurnalist Mahir Xəttabın barəsində həbs qətimkan tədbiri seçilib

Yazının dərc olunma Tarixi: 10/9/2021

Jurnalist Mahir Xəttabın barəsində həbs qətimkan tədbiri seçilib

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttabın barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə onun vəkili Mehman Muradlı məlumat verib.

Bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə jurnalistin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun sözlərinə görə, Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin keçmiş sədri Ramiz Göyüşovdan 2 000 manat aldığını etiraf edib: “Mahir Xəttabın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb”.

Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.



Fikrini bildir