SON XƏBƏRLƏR
MÖVLAM ŞIXƏLİYEVİN MƏHKƏMƏSİNDƏ ZƏRƏRÇƏKMİŞİN HALI PİSLƏŞDİ

Yazının dərc olunma Tarixi: 16/11/2021

MÖVLAM ŞIXƏLİYEVİN MƏHKƏMƏSİNDƏ ZƏRƏRÇƏKMİŞİN HALI PİSLƏŞDİ
Həkimlər zərərçəkmiş Hüseyn Səfərova sakitləşdirici dərman verib özünə gətirdilər…
Bu gün ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası Bakı hərbi Məhkəməsində baş tutdu. Bu günkü iclasda zərərçəkmiş Hüseyn Səfərov dindiri lməli idi. Lakin saat 11:00-a baş tutmalı iclas Mövlam Şəxəliyevin Bakı İstintaq Təcridxanasından gətirilməsindəki yumanmaya görə bir saat gec başladı…

Jurnalistlər «Bizi açıq məhkəmə prosesinə buraxın!» şüarları yazılmış plakatlarla etiraza qalxdı…

Qeyd edək ki, açıq məhkəmə iclası olsa da, artıq neçənci dəfədir ki, jurnalistlər prrsesi izləməkdən məhrum edilir. Bu gün isə bir neçə KİV nümayəndələri əllərində «Jurnalistləri açıq məhkəmə iclasına buraxın!» şüarları yazılmış plakatlarla məhkəmə önündə sakit etiraz aksiyası keçirdilər. Dəfələrlə hakimlər kollegiyasından xahiş olunsa da, jurnalistlər bu dəfə də zala buraxılmadı…

Həkimlər zərərçəkmiş Hüseyn Səfərova sakitləşdirici dərman verib özünə gətirdilər…

Qeyd edək ki, bu gün məhkəmə əsasən zərərçəkmiş H.Səfərəvovun dindirilməsi üzrə iclasını sahmanlamışdı. Ona görə də həm də bu epizod üzrə şahidlər dəvət edilmişdi. Lakin təqsirləndirilən Mövlam Şıxəliyev gələnədək zalda Hüseyn Səfərovla qarşı tərəfin vəkilləri arasında qızğın mübahisə başladı. Zalda iştirak edən «Təzadlar»ın baş redaktoru Asif Mərzili (O, bu epizod üzrə şahid olduğuna görə zala giriş icazəsinə malik idi) bildirdi ki, əsəblərini cilovlaya bilməyən zərərçəkmiş Hüseyn Səfərovun halı pisləşib: «…H.Səfərov zalda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq əməkdaşları Yasin Məmmədov və Sahib Ələkbərovu görəndə əsəbləşdi, qışqıraraq «Bunlar MTN-də məni hədələyərək 2 milyon dollar pulumu alıb evə buraxmışdılar. Həmin pulları Mövlama vermişdilər… İndi quzuya dönüblər. Mən bui şi belə qoymayacağam. Neçə illərdir kirayələrdə yaşayıram. Hamısı bilir, vaxtilə nazir səviyyəli vəziyədə çalışmışam, Bakının bir neçə rayonunda vergilər idarəsinin rəisi olmuşam, indi bu cinayətkar dəstə məni zəlil günə salıb… Prezidentə müraciət hazırlamışam, bütün aləmi bir-birinə qatacağam… Mövlamın Türkiyədə, digər xarici ölkələrdəki obyektlərinin də siyasını çıxartdırmışam. Hamısı müsadirə edilib pulumuzu ödəməlidir…», -deyərək necə əsəbləşdisə halı pisləşdi, həkimlər ona ürək sakitləşdirici dərman verib özünə gətirdilər… Sonra məlum oldu ki, M.Şıxəliyev gətirilib. Konvoylar onu qandalsız dəmir barmaqlıqlar arasına salandan sonra hakimlər kollegiyası zala daxil oldu və proses başladı. H.Səfərovun çıxışının dinlənilməsi elan olunandan sonra şahidlər zaldan çıxarıldı. Az sonra isə məlum oldu ki, bu gün şahidlərin dindirilməsi mümkün olmayacaq, onlar gələn həftənin 2-ci günü prosesə dəvət olunacaqlar…».
***
Xatırladırıq ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Ortada 32 zərərçəkmiş sahibkar var: Səfərov Hüseyn Nəriman oğlu, Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı.
İttiham AKT-ına görə, təqsirləndirilən keçmiş MTN-nin bu yüksək rütbəliləri sahibkarları qorxudub-həbs edib, hədə-qorxu gələrək pul tələb edib, külli miqdarda rüşvət alıblar. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində qətimkan tədbiri seçilib.
Bundan əlavə, İttiham Aktında Mövlam Şıxəliyevin üzərinə həbs qoyulmuş əmlaklarının inanılmaz siyahısı qeyd olunub: “...Təqsirləndililən şəxs Şixəliyev Mövlam Məmmədismayıl oğlu, 05.04.2021-ci il tarixdən həbsdədir, həbsdə saxlanılma müddəti 17.11.2021-ci il tarixədək uzadılmışdır. Cinayət işi üzrə maddi sübutlar - müvafiq qaydada əldə edilmiş Əhməd Mirzəyev epizoduna aid 10095 №-li, 3321 №-li, 3398 №-li, 3499 №-li, 8626 №li satış qaimələri və mobil operatorlardan daxil olmuş telefon danışıqlarına dair məlumat daşıyıcısı olan disklər cinayət işində, Hüseyn Səfərov epizoduna aid 01 edəd “Churchill” markalı 12 katibrli ov tüfənginin icazə vəsiqəsi isə DlN-nin İctimai Təhlükəsizlik idarəsində saxlanılır. Təqsirləndirilən şəxs Şixəliyev Mövlam Məmmədismayıl oğlunun mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş 482.000 manat dəyərində Bakı şəhəri, Səbayıl rayonu, Nizami küçəsi, ev 78 ünvannda yerləşən qeyri-yaşayış sahəsinin, 770.609 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlakın, 35.500 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan zirzəminin, 974.600 manat dəyərində Bakı şəhəri. Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanmda yerləşən daşınmaz əmlakın, 214.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlakın, 31.500 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9-/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlakın, 39.528 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 690a ünvanında yerləşən daşınmaz əmlakın, 10.200 manat dəyərində İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlakın, arvadı Şixəliyeva Aybəniz Qinyaz qızının adına rəsmiləşdirilmiş 26.240 manat dəyərində Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7a ünvanında yerləşən 74.97 kv.m sahəsi olan daşınmaz əmlakın, 17.000 manat dəyərində Ağdaş şəhəri. H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m əmlakın, Bakı şəhərində 37.600 manat dəyərində Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlakın, 400.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yeriəşən daşınmaz əmlakın, 1.452.000 manat dəyərində Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlakın, 535.653 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlakın, 738.711 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerleşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlakın, qızı Samirə Əliyevanın adına rəsmiləşdirilmiş 650.719 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti. ev 7. mənzil 72 ünvanında yerləşən 167.3 kv.m sahəsi olan daşınmaz əmlakın, 257.172 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 686 ünvanında yerləşən 214 3 kv.m sahəsi olan daşınmaz emlakın, 1.305.240 manat dəyərində Bakı şəhəri, Binəqədı rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv. m sahəsi olan daşınmaz əmlakın, oğlu Elgün Şıxəliyevin adına rəsmiləşdirilmiş 360.000 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlakın, 704.985 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlakın, ümumilikdə 7.738.017 manat məbləğində əmlakının üzərinə müvafiq məhkəmə qərarları ilə həbs qoyulmuşdur və xüsusi müsadirəyə təklif edilib.
Təqsirləndirilən şəxs Məmmədov Yasin Seyfulla oğlunun mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş 102.700 manat dəyərində Bakı şəhəri, M Müşfiq küçəsı, 15//-17saylı evın 60,17 kvm. Sahəsi olan 34 saylı üçotaqlı mənzilin, 104.400 manat dəyərində Bakı şəhərı, Nərimanov rayonu, K.Rəhimov küçəsı, 2-a saylı evin 65.3 kv.metr sahəsı 52 saylı mənzilin, Məmmədov Fərid Arif oğlunun adına rəsmiləşdirilmiş 72 min manat dəyərində Bakı ş. Sabunçu r-nu, Ləhiş bağ sahəsi, 5490 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin, ümumilikdə 278.600 manat məbləğində əmlakının üzərinə məhkəmə qərarı ilə həbs qoyulmuşdur və xüsusi müsadirəyə təklif edilib” və s.
Məhkəmə prosesi davam edir...
A.Məmmədli



Fikrini bildir