SON XƏBƏRLƏR
RUSİYADA KÖMÜR MƏDƏNİNDƏKİ QƏZADA 52 NƏFƏR HƏLAK OLDU

Yazının dərc olunma Tarixi: 26/11/2021

RUSİYADA KÖMÜR MƏDƏNİNDƏKİ QƏZADA 52 NƏFƏR HƏLAK OLDU
Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərində şaxtada səhər saatlarında tüstülənmə olub. "Ria Novosti"nin xəbərində bildirilir ki, Yerli administrasiyanın məlumatına görə, “Listvyajnaya” şaxtasında baş vermiş hadisə zamanı bir şaxtaçı ölüb, 43 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Prokurorluqdan bildirilib ki, hazırda xilasetmə tədbirləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyi isə sonradan hadisə zamanı şaxtada 285 nəfər olduğunu, onlardan 236-nın artıq evakuasiya edildiyi barədə açıqlama yayıb. Təxliyə davam edir. Hadisə yerinə sanitar vertolyotu ilə həkim briqadası göndərilib. Qəzanın səbəbləri araşdırılır.
Son məlumata görə 52 nəfər qəzanın qurbanı olub... Bölgədə matəm elan edilib.
A.Məmmədli



Fikrini bildir