SON XƏBƏRLƏR
Azərbaycanda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb

Yazının dərc olunma Tarixi: 10/1/2022

Azərbaycanda cəzalandırılan prokurorluq əməkdaşlarının sayı açıqlanıb
Ötən il Azərbaycanda yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, onlardan 2-i prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq olunub.



Fikrini bildir