SON XƏBƏRLƏR
Tovuzda icra nümayəndəsi intihar etdi

Yazının dərc olunma Tarixi: 12/1/2022

Tovuzda icra nümayəndəsi intihar etdi
Tovuz rayonunda 52 yaşlı kişi intihar edib. Yerli KİV-in məlumatına görə, hadisə rayonun Göyəbaxan kəndində qeydə alınıb. Kənd sakini, 52 yaşlı Barat Yolçu oğlu Məhərrəmov özünü asıb. Özünü asan şəxsin Tovuz Rayon İcra Hakimiyyətinin Göyəbaxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi olduğu deyilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.



Fikrini bildir