Ötən ay 25 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

Yazının dərc olunma Tarixi: 5/5/2022

Ötən ay 25 nəfərə elmi dərəcə verilməsindən imtina edilib
Ötən ay 25 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bu barədə Prezident yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Bundan başqa, aprel ayı üzrə 26 nəfərə fəlsəfə doktoru, 10 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə 24 nəfərə dosent elmi adı verilib, 6 nəfərə isə elmi ad verilməsindən imtina edilib.

Eyni zamanda, 2 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.



Fikrini bildir