"Polis şöbəsində zorakılığa məruz qaldım"

Yazının dərc olunma Tarixi: 3/6/2022

"Polis şöbəsində zorakılığa məruz qaldım"
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Bəxtiyar Hacıyev polis şöbəsində zorakılığa məruz qalıb.

Bu barədə mətbuata vəkilin özü məlumat verib.

O qeyd edib ki, hadisə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində qeydə alınıb: "Müvəkkilimlə polisin çağırışı üzrə şöbəyə getdim. Şöbə rəisinin göstərişi ilə zorakılığa məruz qaldım. Rəis “vəkil kimdir, səni çağırmamışam, tutun atın bayıra” dedi. Bundan sonra iki polis nəfəri məni zorla tutub şöbədən çıxartdılar. Aidiyyəti qurumlara şifahi şikayətlər etmişəm, yazılı şikayətləri də hazırlayıram".

Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.



Fikrini bildir