SON XƏBƏRLƏR
Bakı polisi qardaşını öldürən şəxsi tutub

Yazının dərc olunma Tarixi: 26/12/2015

iAilə-məişət münaqişəsi zəminində qardaşının ölümünə səbəb olmuş paytaxt sakini Elxan Həbibov tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 25-də Nərimanov rayonu ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Həbibov ailə-məişət münaqişəsi zəminində qardaşı, əvvəllər məhkum olunmuş Əbülfətə bıçaqla xəsarət yetirib. Əbülfət xəstəxanaya aparılarkən yolda ölüb.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Həbibov tutulub.



Fikrini bildir