Nazir idarə rəisini işdən çıxarıb özünə müşavir TƏYİN ETDİ

Yazının dərc olunma Tarixi: 15/3/2021

Nazir idarə rəisini işdən çıxarıb özünə müşavir TƏYİN ETDİ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Rahid Ələkbərli vəzifəsindən azad edilib.

Pravdainfo.org report-a istinadən xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev əmr imzalayıb.

Digər əmrə əsasən isə o, nazirin müşaviri təyin olunub.

DRİ-nin rəhbərliyinə isə Heydər Rüstəmov gətirilib. O, indiyə qədər nazirliyin maliyyə şöbəsində çalışıb, “Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmovun qardaşıdır.



Fikrini bildir