Yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə ilə bağlı 64 cinayət faktı aşkarlanıb - RƏSMİ

Yazının dərc olunma Tarixi: 16/5/2021

Son 15 ildə Azərbaycanda fahişəliyə cəlb etmə ilə bağlı 961 cinayət faktı qeydə alınıb.
Yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə ilə bağlı 64 cinayət faktı aşkarlanıb - RƏSMİ
Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi 2005-2020-ci illər üzrə ölkədə insan alveri ilə bağlı cinayətlərlə mübarizə işinin vəziyyətinə dair statistik məlumatları yayıb.

Bildirilib ki, 2005-2020-ci illərdə yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə ilə bağlı 64 cinayət faktı aşkarlanıb.

Bundan başqa, əxlaqsızlıq yuvaları saxlama cinayəti ilə bağlı 1433 fakt qeydə alınıb.

Eyni zamanda seksual xarakterli hərəkətlərə məcbur etmə ilə bağlı 67 cinayət faktı aşkarlanıb.



Fikrini bildir