SON XƏBƏRLƏR
Masallıda keçmiş həyat yoldaşını öldürməyə cəhd edən şəxs həbs edildi

Yazının dərc olunma Tarixi: 3/6/2021

19 fevral 2021-ci il tarixdə Masallı rayon sakini Firuzə Məmmədovaya bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürməyə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Masallıda keçmiş həyat yoldaşını öldürməyə cəhd edən şəxs həbs edildi
Masallı rayon prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin keçmiş əri Qəyyum Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Firuzə Məmmədovanı qəsdən öldürməyə cəhd edib.

Qəyyum Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



Fikrini bildir