SON XƏBƏRLƏR
Ağdaşda 53 yaşlı kişi odlu silahla öldürüldü

Yazının dərc olunma Tarixi: 18/6/2021

Ağdaşda 53 yaşlı kişi odlu silahla öldürüldüİyunun 17-i saat 23 radələrində 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfovun Ağdaş rayonunun Abad kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ağdaş Rayon Prokurorluğu məlumat yayıb.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin qardaşı, 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfov tərəfindən, şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan açılan atəşlə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mustafa Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Fikrini bildir