SON XƏBƏRLƏR
Erməni silahlı dəstə üzvlərinin hər birinə 6 il azadlıqdan məhrumetmə cəzası

Yazının dərc olunma Tarixi: 29/7/2021

Erməni silahlı dəstə üzvlərinin hər birinə 6 il azadlıqdan məhrumetmə cəzası
Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun məhkəmə istintaqı başa çatdı. Beləliklə, Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib, təqsirləndirilən şəxslər son söz deyiblər. Daha sonra prosesdə hökm oxunub.
Hökmə əsasən, qrup üzvləri Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli biliniblər, onların hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər təyin olunmuş cəzalar başa çatdıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi qaydada kənara çıxarılmalıdırlar.



Fikrini bildir