SON XƏBƏRLƏR
Koronavirusa yoluxan azərbaycanlı nazir sağaldı - RƏSMİ

Yazının dərc olunma Tarixi: 1/5/2021

Koronavirusa yoluxan azərbaycanlı nazir sağaldı - RƏSMİ
“Mədəniyyət naziri Anar Kərimovun səhhəti artıq yaxşıdır”.

Bu barədə açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib.

O bildirib ki, nazir yenidən COVID-19 testi verib və nəticəsi neqativ çıxıb: “Anar Kərimovun səhhəti ilə bağlı hər şey qaydasındadır. Karantin müddəti bu həftənin sonu bitir. Gələn həftədən nazirin işə çıxması nəzərdə tutulur”.

Xatırladaq ki, aprelin 16-da Anar Kərimovun koronavirus testinin nəticəsi pozitiv olmuşdu.



Fikrini bildir