SON XƏBƏRLƏR
Son Dəqiqə! - Tbilisidə etirazçılar yolu bağladılar (FOTO)

Yazının dərc olunma Tarixi: 24/5/2021

Son Dəqiqə! - Tbilisidə etirazçılar yolu bağladılar (FOTO)
Namaxvani Su Elektrik Stansiyasının tikintisinə etiraz edənlər, Ədliyyə Evinin qarşısındakı yolu bağlayıblar. Etirazçılar digər vətəndaşları da onlara qoşulmağa səsləyiblər. Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər olunur.
Xatırladaq ki, etirazçılar dünən keçirdikləri aksiya zamanı tələblərinin yerinə yetirilməsi üçün hökumətə 24 may, saat 12:00-a qədər vaxt vermişdilər, əks halda isə Tbilisidə yolları bağlayacaqlarını və iflic edəcəklərini bildirmişdilər. Onlar hökumətdən Su Elektrik Stansiyasının tikintisinin dayandırılmasını, Türkiyənin "Enka" şirkəti ilə bağlanan müqavilənin ləğv edilməsini və şirkətin Rioni dərəsini tərk etməsini tələb edirlər.



Fikrini bildir