Saakaşvilinin azad olunması tələbi ilə aclıq keçirənlərdən halı pisləşən var

Yazının dərc olunma Tarixi: 30/12/2021

Saakaşvilinin azad olunması tələbi ilə aclıq keçirənlərdən halı pisləşən var
Eks prezident Mixeil Saakaşvilinin azadlığı tələbi ilə keçirilən kütləvi aclıq aksiyasında bir neçə şəxsin halı pisləşib. Bu barədə TV Pirveli kanalı məlumat yayıb. Məlumata əsasən, halı pisləşən şəxslər üçün, təcili tibbi yardım briqadası çağırılıb.
Onları müayinə edən həkimlərin tövsiyyəsi əsasında 2 nəfər aclıq aksiyasını dayandırıb. Onlardan biri hazırda xəstəxanadadır.
Xatırladaq ki, Mixeil Saakaşvilinin azadlığı tələbi ilə "Vahid Milli Hərəkat" partiyasının mərkəzi ofisi qarşısında 5 gündür kütləvi aclıq aksiyası keçirilir. Hazırda ofis qarşısında 12 çadır qurulub və aclıq aksiyası keçirənlərin sayının 200-dən artıq olduğu bildirilir.



Fikrini bildir