Fermerlərin su çatışmazlığı - VİDEO

Yazının dərc olunma Tarixi: 13/6/2020

Fermerlərin su çatışmazlığı - VİDEO
Ümumilikdə Qobustan Abşeron və Xızı rayonlarına məxsus qış otlaq ərazilərində sentyabr may ayları ərzində 150 min başa yaxın xırda və iribuynuzlu heyvanlar qışlama keçirir.

Və qışlama dövründə fermer təaərrüfatları suya olan tələbatı ödəmək məqsədilə bir sıra çətinliklərlə üzləşirdilər. Hazırda isə bu proses 270 kilometrlik magistral və paylayıcı boru şəbəkəsi vasitəsilə həyata keçirilir.

Bundan başqa 3 fermer təsərrüfatına məxsus 6 min hektar qış otlaq ərazisinin su təminatının yaxşılaşdırılması məqsədilə bu il 10 kilometrlik kiçik diametrli boruların yüksək təzyiqə davamlı 110 millimetrlik böyük borulara dəyişdirilməsi həyata keçirilir.

Həmçinin qeyd edək ki, Qobustan rayonunu Qaracüzlü və Cəngi kəndlərin alternativ su məmbələri olmadığından əhalinin təsərüfat suyuna olan tələbatının ödənilməsində çətinliklər nəzərə alınaraq burada tutumu 5000 min kubluq olan yeraltı su anbarı əsaslı təmir olunaraq işlək vəziyyətə gətirilib

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 453 ədəd hidrotexniki qurğu, o cümlədən 91 ədəd suvad məntəqəsi, 2 ədəd 5 min kubmetrlik, 1 ədəd min kubmetrlik ehtiyat su anbarları və 3 ədəd 400 kilimetrlik ehtiyac su hovuzlarının istismarı həyata keçirilir.




Fikrini bildir