SON XƏBƏRLƏR
XOŞBULAQDA KƏND CAMAATI ƏHƏD ABİYEVƏ QARŞI ÜSYAN ETDİ - VİDEO

Yazının dərc olunma Tarixi: 25/4/2021

XOŞBULAQDA KƏND CAMAATI ƏHƏD ABİYEVƏ QARŞI ÜSYAN ETDİ - VİDEO
...Daşkəsənin Xoşbulaq kəndində vəziyyət həqiqətın dı "rusca"dır, kənd əhalisi İcra Başçısı Əhəd Abiyevə qarşı ən sərt etiraza əl atdı...

Pravdainfo.org Tezadlar.az-a istinadən xəbər verir ki, bir neçə yüz sakin adından Ali Baş Komandan, Prezident İlham Əliyevə ünvanlı müraciətdə icra başçısı Əhəd Abiyevin müxtəlif vaxtlarda ayrı-ayrı konkret şəxslərdən 10-15 min manat pul alaraq onlara torpaq sahələri, kimininsə oğlunu polisdə işə düzəltdirmək adı ilə əlavə külli miqdarda pul alması və s. barədə konkret faktlarla yazılmışdır...

Surəti "Təzadlar"a göndərilən müraciəti imzalayanların bəziləri ilə, o cümlədən Məmmədzadə Sahib Mürvət oğlu, Birinci Qarabağ müharibəsinin qazisi, "Rembo" təxəllüslü Babayev Mehman Telman oğlu, Fərzəliyeva Bəsti Dəmir qızı, Qurbanov Yusif Əmir öğlu, Qarabağ müharibəsi döyüşçüsü, şəhid qardaşı Bağırov Ruzi Rasim oğlu, Zəfər döyüşlərində qəhrəmancasına şəhid olmuş Mübariz İbrahimovun qardaşı İbrahimov Bəhruz Telman oğlu və digərləri ilə telefon əlaqəsi saxladıq. Onlar israrla əməkdaşlarımızı Daşkəsənin Xoçbulaq kəndinə şikayəti yerində araşdırmağa dəvət etdilər...

***

Biz reportyorlarımızla birlikdə dünən kənddə olduq. Sakinləri hər ilin yayında mübahisə və qarşıdurmalara məcbur edilmiş Xoşbulağın yaylaq ərazisində şikayətçilərlə görüşdük, onları dinlədik. Müsahibələrini aldıq... Hazırda müsahibələrin mətni çapa hazırlanır. Hələlik həmin videoları ardıcıllıqla təqdim edirik. Aidiyyəti qurum rəhbərlərinin və oxucuların nəticə çıxarmasını onların ixtiyarına buraxırıq:

Redaksiyadan: Daha geniş təhlilli yazı "Təzadlar"ın 26 aprel tarixli sayında dərc olunacaq.

"Təzadlar"ın Araşdırma Qrupu






Fikrini bildir