SON XƏBƏRLƏR
Bir gündə 1224 nəfər COVID-19-dan sağalıb, amma...

Yazının dərc olunma Tarixi: 26/4/2021

Bir gündə 1224 nəfər COVID-19-dan sağalıb, amma...
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 313 812 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4402 nəfər vəfat edib, aktiv xəstə sayı 29 007 nəfərdir. Ölkədə son sutka ərzində 5732, hazırkı dövrədək isə 3 195 268 test aparılıb.



Fikrini bildir