Azərbaycan Ordusunun hərbçisi Kəlbəcər rayonu ərazisində vəfat edib

Yazının dərc olunma Tarixi: 21/5/2021

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcər rayonu ərazisində vəfat edib
Bəzi sosial şəbəkə istifadəçilərinin guya Şuşada hərbi qulluqçumuzun vəfat etməsi ilə bağlı yaydığı xəbər həqiqətə uyğun deyil.
APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, Kəlbəcər rayonu ərazisində əsgər Şükürov Elmir İlham oğlu qeyri-döyüş şəraitində vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Fikrini bildir