SON XƏBƏRLƏR
YEVLAX POLİSİNDƏN NAZİRƏ ŞİKAYƏT

Yazının dərc olunma Tarixi: 2/7/2021

YEVLAX POLİSİNDƏN NAZİRƏ ŞİKAYƏT
Göyçay rayonunun Bığır kənd sakini, Yeni Azərbaycan Partiyasının üzvü Mayılov Çingiz Sabir oğlu Ppravdainfo.org-a şikayət məktubu göndərib.

Şikayətçi yazır ki, Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onlardan 1000 manat pul alıb: «Belə ki, Yevlax rayonu, Hüseynbala Əliyev küçəsi, mənzil 7 ünvanında yaşayan qohumum İsgəndərov Emil Tahir oğlu rayonda mağaza işlədərək qanuni şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Mağazadan nisyə satdığı velisopedin və digər əşyaların pulunu istədikdə ona qarşı xuliqanlıq edilməsinə baxmayaraq, Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanovun göstərişi ilə 12 iyun 2021-ci il tarixdə Emii polis şöbəsinə aparılıb və bir gün qanunsuz olaraq orada saxlanılıb. Mən bir qohum kimi Emilin həbsdən çıxarılmasına çalışdıqda bildirdilər ki, 2500 manat pul verməliüəm, əks halda, ona cinayət işi açılacaq. Mən əlacsız qalıb 1000 manat pul düzəldib Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanovun qudası Asif adlı şəxsə verdim. Hətta pul vermə anlarını video lentə almışam.

Hörmətli redaksiya!

Sizə şikayət etməkdə məqsədim Yevlax Rayon Polis Şöbəsindəki özbaşınalığıAzərbaycan Respublikasının Daxili işlər naziri cənab Vilayət Eyvazovun diqqətinə çatdırmaqdır. Əfqan Qurbanov bu özbaşınalığı ilə yalnız polis adına və nüfuzuna kölgə salır. Halbuki qohumum İsgəndərov Emil kiçik sahibkarlıqla məşğul olaraq həm ailəsini dolandırır, həm də dövlətə vergi ödəyir. Ancaq rəis müavini Əfqan Qurbanov isə qanunsuz əməlləri ilə dövlətə və çalışdığı quruma zərər verir.

Cənab nazir Vilayət Eyvazovdan xahiş edirəm ki, məni qəbul edib rüşvətalma videosuna baxsın və polisin fəaliyyətinə, nüfuzuna zərbə vuran Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanovun barəsində qanuni tədbir görsün”.

Məsələ ilə bağlı Yevlax Rayon Polis Şöbəsinin rəis müavini Əfqan Qurbanovun mövqeyini öyrənməyə çalışacağıq.



Fikrini bildir
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30