SON XƏBƏRLƏR
“Saxta qazi sənədi verib həbsdən yayındı”

Yazının dərc olunma Tarixi: 27/8/2021

“Saxta qazi sənədi verib həbsdən yayındı”

Gəncə şəhər sakini Əhlidil Əliyeva onu saxta sənədlərlə aldadaraq şəhərin Nizami rayonundakı 1 hektardan artıq torpağını ələ keçirən şəxs barədə qərardan narazıdır.

Ə.Əliyeva iddia edib ki, ona yarım milyon manatlıq zərər vuran şəxsə hakim yüngül cəza verib. Qadın deyir ki, 2007-ci ildə Hüseynov Elşən Əhəd oğluna 20 sot torpaq sahəsi satıb və buna görə ona etibarnamə verib.

Rəsmi ittihama görə, Elşən Hüseynov 2010-cu ildə müddəti bitən etibarnaməni yeniləmək adı ilə Əhlidil Əliyevanı aldadaraq saxta sənədlərlə ondan “generalnaya doverennost” alıb. Bununla da Ə.Əliyevanın bütün əmlakı üzərində sərəncam vermək, satmaq hüququ qazanıb. Daha sonra qadının əri Şərif Şərifovun adına torpaq sahəsinin satılmasına etiraz etməməsi barədə saxta ərizə də hazırlayıb. Bu saxta sənədlərlə həmin torpaq sahəsi üçün “kupça” da alıb və bütün torpaq sahəsini anası Rəbiyyə Hüseynovanın adına keçirib. İstintaq bir neçə il öncəki tarixə uyğun olaraq torpağın dəyərini hesablayaraq Əhlidil Əliyevaya 167 min 560 manat zərər dəydiyini bildirib.



Fikrini bildir