Putin Türkiyə qadağasını ləğv etdi-TƏBRİK

Yazının dərc olunma Tarixi: 29/6/2016

Rusiya prezidenti Türkiyəyə rusiyalı turistlərin gedişinə qoyulmuş inzibati məhdudiyyətin aradan qaldırılması barədə göstəriş verib. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra Rusiya prezidenti hökumət üzvləri ilə görüşündə deyib.
Rusiya lideri bildirib ki, turizm fəaliyyətində qadağanın ləğvi ilə yanaşı, nazirlər kabinetinə zamanda türk idarələri ilə müvafiq danışıqlara daxil olmaq, ticari-iqtisadi və digər sahələrdə qarşılıqlı surətdə faydalı ikitərəfli əməkdaşlığı bərpa etmək üçün danışıqlara başlamaq tapşırılıb.
Dövlət başçısı qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə öz ərazisində rusiya vətəndaşlarının təhlükəsizliyini təmin edəcək.



Fikrini bildir