Mehriban Əliyeva xalq rəssamı Tahir Salahovla bağlı paylaşım edib

Yazının dərc olunma Tarixi: 21/5/2021

Mehriban Əliyeva xalq rəssamı Tahir Salahovla bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində xalq rəssamı Tahir Salahovla bağlı paylaşım edib.

Paylaşımda deyilir: "Tahir Salahov səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi. O, özünün çoxşaxəli istedadı, tükənməz enerjisi, peşəsinə hədsiz sədaqəti sayəsində bütün dünyada sənətsevərlərin böyük və sonsuz sevgisini qazanmışdı. Tahir Salahovun nurlu xatirəsi doğmalarının, həmkarlarının, dostlarının və onun nadir istedadının çoxsaylı pərəstişkarlarının qəlbində əbədi yaşayacaqdır".



Fikrini bildir