SON XƏBƏRLƏR
Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək

Yazının dərc olunma Tarixi: 21/6/2021

Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcəkRusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada ATƏT-in Baş katibi Helqa Şmid ilə danışıqlar aparacaq.

Yerli KİV-lər bildirir ki, görüşün gündəliyinə Qarabağ məsələsi, Dnestryanı münaqişə, Qafqazda sabitlik və digər mövzular daxildir.

Lavrov və Şmid ATƏT-in mövcud fəaliyyətini, təşkilatın 2021-ci ilin ikinci yarısında iş planlarını da müzakirə etməyi planlaşdırırlar.



Fikrini bildir