SON XƏBƏRLƏR
İlham Əliyev Pakistandan müdafiə sənayesi məhsullarının alınması haqda

Yazının dərc olunma Tarixi: 21/6/2021

İlham Əliyev Pakistandan müdafiə sənayesi məhsullarının alınması haqda"Biz Pakistanın müdafiə sənayesi məhsullarına çıxışımız olduğuna görə məmnunuq".

Bunu Prezident İlham Əliyev iyunun 21-də Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Bildiyiniz kimi, biz bu məhsulları alırıq, bu da bizim hərbi potensialımızı gücləndirir. Düşünürəm ki, qarşıdakı illərdə biz hərbi əməkdaşlığımızı genişləndirməli və tərəfdaşlığımızı gücləndirmək üçün birgə hərbi təlim və başqa təşəbbüslər planlaşdırmalıyıq. Əminəm ki, bu və bir çox başqa məsələlər həmkarlarınızla müzakirə mövzuları kimi sizin gündəliyinizdə olacaq".



Fikrini bildir