SON XƏBƏRLƏR
Türkiyə və ABŞ parlamentariləri Qarabağı müzakirə ediblər

Yazının dərc olunma Tarixi: 27/6/2021

Türkiyə və ABŞ parlamentariləri Qarabağı müzakirə ediblər
Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ-da Amerika-Türkiyə münasibətlərinin vəziyyətini və perspektivlərini, Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib. “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-a səfərin gedişatında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri, nümayəndə heyətinin rəhbəri Akif Çağatay Kılıç bildirib.
Nümayəndə heyətində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının, həm də ölkənin aparıcı müxalifət strukturlarının nümayəndələri təmsil olunublar.
Türkiyə parlamentinin üzvləri Amerika Senatının hər iki partiyasından olan qanunvericiləri, yəhudi lobbisinin nümayəndələri və ABŞ-ın Ticarət Palatasının üzvləri ilə danışıqlar aparıblar.
"Biz həmsöhbətlərə nümayiş etdirdik ki, Türkiyənin milli maraqları üçün əhəmiyyətli məsələlərdə aparıcı partiyalar vahid cəbhədən çıxış edir", - Kılıc Türkiyənin Vaşinqtondakı səfirliyində keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ-da görüşlərin gedişatında həmçinin Qarabağ mövzusuna toxunulub. "ABŞ Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəkləməsi barədə çox yaxşı məlumatlandırılıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi BMT səviyyəsində tanınmış reallıqlardır. Biz yenidən ABŞ nümayəndələrinə Ankaranın bu məsələ üzrə mövqeyini çatdırdıq", - o deyib.
Kılıç həmçinin Vaşinqtonda diqqəti Əfqanıstan mövzusuna və Ankaranın əfqan xalqına dəstəyinə hazırlığına yönəldib.
O, xatırladıb ki, ABŞ və Türkiyə arasında Həmid Kərzayi adına Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin olunması məsələsi üzrə texniki danışıqlar davam edir.



Fikrini bildir