SON XƏBƏRLƏR
"Qazaxıstanla həmrəy olduğumuzu bəyan edirik"

Yazının dərc olunma Tarixi: 6/1/2022

 "Qazaxıstanla həmrəy olduğumuzu bəyan edirik"
“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”.
Bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub. “Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. Hadisələrdə həlak olanların yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - bəyanatda bildirilib.



Fikrini bildir