SON XƏBƏRLƏR
ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olunub

Yazının dərc olunma Tarixi: 9/1/2022

ABŞ-ın Nyu-York meriyasında azərbaycanlı yüksək vəzifəyə təyin olunub
ABŞ-da yaşayan Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.
R.Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib.
Yanvarın 1-də vəzifəsinin icrasına başlayan E.Adamsın komandasında iki türk yer alıb.
Qeyd edək ki, Rəna Abbasova E.Adamsla 2016-cı ildən bu günə kimi Nyu-Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan birlikdə işləyir.



Fikrini bildir