SON XƏBƏRLƏR
“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”

Yazının dərc olunma Tarixi: 21/1/2022

“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”
“Rusiya tərəfi Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”. 24News.ge xəbər verir ki, bu barədə Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, Moskva Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, mövcud ziddiyyətlərin aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası məsələsində maraqlıdır. O, bunların hamısının iki ölkə xalqlarının maraqlarına cavab verdiyini qeyd edib.
Bildirilib ki, təmasların bərpası prosesi “ikitərəfli hərəkət yolu” olmalıdır:
“Gürcüstan hakimiyyətinin keçmişdən dərslər çıxaracağına və Rusiyaya münasibətdə daha çox ölçülüb-biçilmiş siyasət yürüdəcəyinə çox ümid edirik”.
Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən dayandırılıb.



Fikrini bildir