2021-ci ilin ilk Ay tutulması oldu

Yazının dərc olunma Tarixi: 26/5/2021

2021-ci ilin ilk Ay tutulması oldu2021-ci ilin ilk Ay tutulması hadisəsi başa çatıb.

Məlumata görə, Ay tutulması 3 saat 8 dəqiqə davam edib. Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olub.

Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.

***

Bu gün 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Tam Ay tutulması Bakı vaxtı ilə saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:18:42-də olacaq və 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, bu il 2 Ay tutulması hadisəsi olacaq. İkinci tutulma isə noyabrın 19-da qeydə alınacaq.



Fikrini bildir