SON XƏBƏRLƏR
Kəlbəcərdə həlak olan media nümayəndələrinin nəşi ailə üzvlərinə verildi

Yazının dərc olunma Tarixi: 4/6/2021

Kəlbəcərdə həlak olan media nümayəndələrinin nəşi ailə üzvlərinə verildi
Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin nəşi yaxınlarına təhvil verilib. Onların nəşi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilmişdi. Onların sabah torpağa tapşırılacağı ehtimal olunur.



Fikrini bildir