SON XƏBƏRLƏR
Ermənistan Kəlbəcər istiqamətində mövqelərimizi yenidən atəşə tutdu və...

Yazının dərc olunma Tarixi: 29/7/2021

Ermənistan Kəlbəcər istiqamətində mövqelərimizi yenidən atəşə tutdu və...
Ermənistan sakitləşmir. 44 günlük savaşda olmazın biabırçı məğlubiyyətlə barışmaq istəmir. Daha doğrusu, siyasi hakimiyyət ayıbına kor olub daxili sosial-iqtisadi və siyasi problemlərinə, yarı ac, yarı tox sadə xalqın dərdinə çarə axtarmaq əvəzinə, Azərbaycana diş qıcadır. 44 günlük müharibədə diz çöküb yalvarmağının acısını sınıra bilmir. Ona görə də onu himayə edənlərə göstərmək istəyir ki, hələ tam ölməyib, arabir atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozur. Məsələn, dünən Azərbaycan Müdafiə Nazirliyi məlumat yaydı ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb. Bu o deməkdir ki, düşmən 10-20 metrlik məsafədədir və deməli, həqiqətən də ölümünə fətfa verilməlidir.
Bununla belə, Azərbaycan ordusu yenə də səbrlə davranır. Amma səbrin də həddi var və bu nə vaxta kimi davam etməlidir? Artıq iki gün əvvəl Bakıda Pakistan-Türkiyə-Azərbaycan Bəyannaməsi də imzalandı... Bu artıq o deməkdir ki, Ermənistan hərəkətlərindən nəticə çıxarmalıdır.
A.Məmmədli



Fikrini bildir