SON XƏBƏRLƏR
FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə çatıb

Yazının dərc olunma Tarixi: 31/7/2021

FHN-in yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə çatıb
Xəbər verildiyi kimi, Türkiyənin bir sıra bölgələrində meşə yanğınları ciddi fəsadlar törətməkdədir. Bəzi yerlərdə insan tələfatı ilə nəticələnən yanğınların qarşısını almaq çətinliklər törədir. Belə bir məqamda Azərbaycanlı yanğınsöndürənlərdən ibarət qrup Türkiyəyə yola düşdü. Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin ilk dəstəsi hazırda Türkiyənin Dalaman şəhərindədir. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib ki, Türkiyəyə göndərilən şəxsi heyətin sayı hələlik 100 nəfərdir. Əlavə olaraq 400 nəfər də göndəriləcək. Hansı ki, Prezident İlham Əliyev azərbaycanlı yanğınsöndürənlərin Türkiyəyə göndərilməsi ilə bağlı xüsusi tapşırıq verib və inanırıq ki, bu təbiətin qəsdinə olan hadisənin qarşısı tezliklə alınacaq, yanğının baiskarları tapılacaq, ciddi cəzalandırılacaqlar. Çünki bu yanğınların birdən-birə baş verməsində PKK terrorçularının əli olması barədə ciddi xəbərlər var.
A.Məmmədli



Fikrini bildir